Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

VIP Premium Lounge Xidməti

Əziz ərizəçilərə, 24 iyun 2015-ci il tarixindən etibarən Bakı şəhərində Vizametrik VİP Premium Lounge xidmətinin açıldığını bildirməkdən məmnunluq duyuruq.

Bu xidməti seçən ərizəçilər sənədlərini rahat özəl otaqlarda təqdim edə bilərlər.

VİP Premium Lounge-u seçməklə ərizəçilər VİP Premium rüsumuna daxil olan aşağıdakı əlavə xidmətlərlə təmin olunacaqlar:

  1. Parking üçün yer;
  2. Genişləndirilmiş iş cədvəli ilə əsas qeydiyyatlar (Bazar ertəsi-Cümə, saat 10:00-dan 20:00-a kimi), həmçinin,   şənbə günü sənədləri təqdim etmək imkanı (saat 10:00-dan 14:00-a kimi);
  3. Bütün proses ərzində peşəkar heyət tərəfindən yardım, həmçinin, anketlərin doldurulması və pasportların ünvana çatdırılmasını sənədləşdirmək;
  4. Özəl otaqlarda birbaşa foto xidməti;
  5. Soyuq, isti içkiləri və qəlyanaltısı olan bar;
  6. Qəzetlər və jurnallar;
  7. Kseroks, faks və sənədlərin çapı;
  8. Mobil telefondan istifadəyə icazə;
  9. Wi-fi;
  10. Sənədlərin hazır olması barədə SMS/telefon xidməti;
  11. Pasportların kuryer vasitəsilə çatdırılması.

İtaliya Viza Mərkəzi Vizametrik  VİP Premium Lounge xidmətindən istifadə etmək üçün aşağıdaki telefon nömrəsinə zəng edin: +994 (12) 599-88-11 (Bazar ertəsi-Cümə, saat 08:30-dan 17:30-a qədər) və ya bizimlə elektron-poçt ünvanı vasitəsi ilə əlaqə saxlayın: vip@visametric.az

Görüşün təyin olunduğu gün sənədləri təqdim edə bilmək üçün 17:30-dan gec olmayaraq qeydiyyatdan keçmək lazımdır.

Şənbə günü sənədləri təqdim edə bilmək üçün, Cümə günü 17:30-dan gec olmayaraq qeydiyyatdan keçmək lazımdır.

Vizametrik Azərbaycan VİP Premium Lounge xidmətinin rüsumu Vizametrik Azərbaycan xidməti rüsumu xaric, ƏDV daxil olmaqla 80 avro təşkil edir.

Ərizəçilər ödənişi manatla birbaşa Vizametrik Azərbaycan VİP Premium Lounge-da ya nəğd ya da kredit kartı vasitəsilə edə bilər.

Vizametrik Azərbaycan VİP Premium Lounge xidmətini seçməklə ərizəçiyə vizanın verilməsi, vizanın növü və müddəti və ya proseslə bağlı güzəşt olunmayacaq.