Turizm vizası üçün tələb olunan sənədlər — Visa Metric
Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Turizm vizası üçün tələb olunan sənədlər

Şəxsiyyət vəsiqəsi, nigah haqqında şəhadətnamə və doğum haqqında şəhadətnamədən başqa Azərbaycan dilində olan bütün digər sənədlər italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.
DİQQƏT! Azyaşlılar üçün tələb olunan sənədlərin siyahısı ilə  “Azyaşlı vətəndaşlar” bölməsində tanış ola bilərsiz.
1. Anket və 1 ədəd fotoşəkil
(ağ fonda 3×4-ə rəngli fotoşəkil) hər bir xana çap hərfləri ilə azərbaycan, ingilis və ya italyan dilində doldurulmalıdır. Ərizəçi qalacağı yerin ünvanını, telefonunu yazmalı və anketi imzalamalıdır. Ərizəçi azyaşlı olduğu halda müraciət anketini valideyni və ya qəyyumu imzalamalıdır. Ərizə forması Visametric İtaliya Viza Mərkəzindən ödənişsiz şəkildə əldə oluna və ya saytımızdan götürülərək çap edilə bilər.

2. DƏVƏT MƏKTUBU
İtaliya vətəndaşı və ya İtaliyada rəsmi yaşamaq hüququ olan şəxs tərəfindən imzalanmalı və dəvət edənin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə birgə təqdim olunmalıdır:
• Dəvət edən İtaliya vətəndaşının pasportu və ya Şəxiyyət vəsiqəsinin surəti
• İtaliyada qanuni yaşayan xarici vətəndaşın yaşamaq üçün icazə vəsiqəsinin surəti (permesso di soggiorno)
Qohumlar isə,yuxarıda göstərilən sənədlərlə yanaşı qohumluq əlaqələrini təsdiq edən sənədlərin əsli və surətini təqdim etməlidirlər. (nigah haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə və s.)

VƏ YA
OTEL REZERVASİYASI ingilis və ya italyan dilində olmalıdır (otelin ünvanı, telefon nömrələri və rezervasiyaya daxil olan BÜTÜN ərizəçilərin adları göstərilməklə)
VƏ YA
KİRAYƏ MÜQAVİLƏSİNİN əsli və surəti, həmçinin kirayə haqqının ödənilməsini təsdiq edən sənəd. Kirayəyə verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti də təqdim olunmalıdır. Ərizəçi digər Şengen ölkərində də qalmağı planlaşdırdığı halda müvafiq otel rezervasiyası təqdim etməlidir.
3. MƏŞĞULİYYƏT:
İş yerindən arayış, ingilis dilində olmalıdır və şirkətin blankında yazılmalıdır, şirkətin ünvanı, telefon nömrəsi və şirkətin qeydiyyatı haqqında məlumatlar, işçinin şəxsi məlumatları, arayışın tarixi, iş yeri, məvacibi göstərilməlidir. Arayış azərbaycan dilində olduqda Notarial təsdiqli ingilis dilinə tərcümə olunmalı və ya Vizametrik İtaliya Viza mərkəzində tərcümə xidmətindən istifadə olunmalıdır. Arayışın etibarlılıq müddəti bir aydır.

Təqaüdçülər:
• Təqaüd kartının əsli və surəti

Şagirdlər və Tələbələr:
• Təhsil aldığı Təhsil Müəssisəsindən arayış (əgər ərizəçi akademik ildə viza istəyirsə o zaman səfər müddəti ərzində dərslərdən icazə kağızı təqdim etməlidir). Arayışın etibarlılıq müddəti 1 aydır.

Rəsmi iş yeri olmadığı halda
• Rəsmi iş yeri olmadığı halda səyahəti maaliyyəşdirən üçüncü şəxs xərcləri ödədiyi barədə Notarial qaydada tərcümə və təsdiq olunmuş ərizə təqdim etməli. Bundan əlavə üçüncü şəxsin iş yerindən arayışı şirkətin blankında yazılmalıdır, şirkətin ünvanı, telefon nömrəsi və şirkətin qeydiyyatı haqqında məlumatlar, işçinin şəxsi məlumatları, arayışın tarixi, iş yeri, məvacibi göstərilməlidir. Arayış ingilis dilində tərtib olunmalıdır. Arayış azərbaycan dilində olduqda Notarial təsdiqli ingilis dilinə tərcümə olunmalı və ya Vizametrik İtaliya Viza mərkəzində tərcümə xidmətindən istifadə olunmalıdır. Arayışın etibarlılıq müddəti bir aydır.Arayışın etibarlılıq müddəti bir aydır.

4. İtaliyada və Şengen ölkələrində planlaşdırılan qalma müddəti ərzində bütün xərcləri qarşılamaq üçün şəxsi maliyyə zəmanətləri:

Ərizəçinin adı, soyadı və kart nömrəsi göstərilməklə (istənilən valyutada) bank hesabının vəziyyəti barədə Bankdan arayışın əsli (etibarlılıq müddəti 1 ay)
Üzərində üçüncü şəxsin adı və soyadı olan kredit kartı təqdim olunduğu halda bankdan arayış əvəzinə balansı göstərilməklə bankomatdan qəbz (3 gün ərzində keçərlidir) göstərmək kifayətdir.
VƏ YA
BANK ZƏMANƏTİNİN (fidejussione bancaria) əsli və surəti.

5. Səyahət Sığortası
(əsli və surəti) Şengen zonasında keçərli olmalıdır. Tibbi sığorta İtaliyada səfər müddətini əhatə etməlidir və + 15 gün koridor olmalıdır. Sığortanın minimal məbləği 30,000 avro olmalıdır.

Səyahət sığortası birbaşa Visametric İtaliya Viza Mərkəzində də əldə oluna bilər

6. İtaliyaya gediş-dönüş bileti:

Dəqiq tarix göstərilməklə təyyarə, avtobus və ya qatar bileti.

VƏ YA
Avtomobillə səfər edildiyi halda
• Texniki passportun əsli və surəti
• Kasko sığortasının əsli və surəti
• Sürücülük vəsiqəsinin əsli və surəti
• Avtomobil icarəyə götürüldüyü halda icarə müqaviləsinin əsli və surəti

7. Maliyyə vəziyyətini təsdiq edən sənədlər (istəyə uyğun olaraq təqdim oluna bilər)
Daşınmaz əmlakın sənədləri və ya digər gəlir vasitələrini təsdiq edən sənədlər (əsli və surəti)
Bank depoziti

8. Pasportlar
• Milli pasportun məlumat olan səhifəsi və bütün Şengen vizalarının sürəti. Pasport vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır və pasportun verilmə tarixi 10 ildən gec olmamalıdır (Art. Visa Code 12). Bir girişli viza üçün müraciət etdikdə pasportda minimum 2 boş səhifə, çoxgirişli viza üçün isə minimum 3 boş səhifə olmalıdır. Tarixi uzadılmış pasportlar etibarlı deyildir.
• Bütün digər pasportlar: qüvvədə olan (Şengen vizası olan səhifələrin surətilə ) və müddəti bitmiş (Şengen vizası olan səhifələrin surətilə)
• Şəxsiyyət vəsiqəsi və surəti

Yuxarıda göstərilən bütün sənədlər viza almaq üçün müraciət etməyə lazım olan minimal siyahıdır. Bütün sənədlərin düzgün şəkildə təqdim olunması viza almağa qarantiya vermir. İtaliya səfirliyi və konsulluq hər bir şəxsdən zəruri olduğu halda əlavə sənəd tələb edə bilər.