Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

TƏHSİL VİZASI ÜÇÜN LAZIM OLAN SƏNƏDLƏR.

Lazımi sənədlər siyahısı:

1)            İtaliya universitetində qeydiyyatdan keçmək üçün müraciət edildiyi zaman təqdim edilmədiyi halda, apostil olunmuş attestat, diplom və transkriptin əsli və ya təsdiq olunmuş surəti və apostilli tərcümələrinin əsli;

2)            D” vizası üçün tələb olunan doldurulmuş və imzalanmış anket forması və 1 ədəd fotoşəkil;

3)            Etibarlılıq müddəti nəzərdə tutulan viza müddətinin bitməsi tarixindən azı 3 ay artıq olan pasport və pasportun şəxsi məlumatların qeyd edildiyi səhifəsinin surəti.

4)            İtaliya universitetindən və ya incəsənət institutundan qəbul və ya ilkin qəbul sənədi;

5)            İtaliyada qalacağı yeri təsdiqləyən sənəd:

a)            Şəxsi mülk olduğu halda: dəvət məktubu və dəvət edən şəxs tərəfindən imzalanmış şəxsiyyət vəsiqəsinin surəti (əgər dəvət edən şəxs xarici vətəndaş olduğu halda Italiyada yaşayış icazəsinin surəti, İtaliya vətəndaşı olduğu halda isə pasport və ya şəxsiyyət vəsiqəsinin surəti)

b)            Qurum, müəssisə və ya dini birliklər olduğu halda: dəvət məktubu və dəvət edən şəxs tərəfindən imzalanmış şəxsiyyət vəsiqəsinin surəti.

c)            Mehmanxana və ya yataqxana olduğu halda : ən azı 30 günlük qalma sifarişini təsdiqləyən sənəd.

 

6)            Tibbi səyahət sığortası. Həm Azərbaycan, həm də İtaliya sığorta şirkətləri tərəfindən verilmiş sığorta polisləri təqdim oluna bilər, lakin sığortaya heç bir istisna və məhdudiyyət qoyulmamalıdır (sığorta tərəfindən qarşılanan xəstəliklər və müəyyənləşdirilmış təcili xəstəxana xərcləri)

 

7)            İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı. Tələbə bu maliyyə vəsaitinə dair İtaliya banklarının birində və ya Yapikredi Azərbaycan bankında cari hesab üzrə arayış təqdim etməlidir. Yapikredi bankına müraciət etmək üçün bu formanı doldurub banka təqdim etmək lazımdır. Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Və yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir.

 

8)            Tələbənin ailə üzvlərinin maliyyə vəziyyəti ilə bağlı sənədlər: bankdan son 3 (üç) ayın hesab üzrə imzalanmış və möhürlənmiş çıxarış. Çıxarışda son 3 ay üzrə maaş gəliri, vergi bəyannaməsi, əmək haqqı ödənişi ilə bağlı hesab üzrə çıxarış, təqaüd gəliri, icarə müqavilələri və daşınmaz əmlakla bağlı gəlirlərin göstərilməsi müvafiq hesab olunur.

Bundan əlavə Səfirlik tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığını, eləcə də ümumi olaraq özünün və ailəsinin maliyyə vəziyyətinə əsasən qiymətləndirmə aparacaq. Maliyyə vəziyyəti tələbənin İtaliyada qaldığı müddətdə aylıq lazımi xərclərini qarşılamağa uyğun olmalıdır.

 

Maliyyə vəsaiti üzrə 3-cü şəxslər tərəfindən zaminlik qəbul olunmur.

 

9)            Bilet rezervasiyası

 

P.S. Pasportlar
Ümumivətəndaş pasportu və bütün şengen vizalarının surəti.Ümumivətəndaş pasportunun etibarlılıq müddəti vizanın bitmə tarixindən 3 ay artıq olmalıdır. Ümumivətəndaş pasportunun ən azı 2 səhifəsi boş olmalıdır və ümumivətəndaş pasportu 10 ildən artıq müddətə verilmiş olmalı deyil(Mad12. Viza məcəlləsi). Vaxtı uzadılmış ümumivətəndaş pasportları qəbul olunmayacaqdır.
Digər bütün pasportlar (birinci, viza olduğu digər səhifələrin surəti),ləğv olunmuş və etibarlılıq müddəti bitmiş bütün pasportların (birinci və viza olduğu digər səhifələrin surəti) əsli və surəti təqdim olunmalıdır.
Şəxsiyyət vəsiqəsi və surəti.
XƏBƏRDARLIQ:
Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsi və pasportdan başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.
Yuxarıda sadalanan bütün sənədlər İtaliyanın Bakıdakı səfirliyinin tələb etdiyi minimal sənədlərdir. Düzgün sənədlərin təqdim olunması vizanın verilməsinə zəmanət vermir. Diplomatik nümayəndəlik əlavə sənədlər tələb etmək hüququna malikdir.