Sənədləri təqdim etmək üçün qeydiyyat

Sənədləri təqdim etmək üçün Vizametrik Viza mərkəzində qeydiyyatdan keçmək ödənişsizdir.

Qeydiyyat vərəqəsi çap olunmalı və VisaMetric Viza mərkəzində təqdim edilməlidir.

Sənədlər səfər tarixinə ən tezi 90 gün qalmış təqdim oluna bilər.

Qrup şəklində sənədlər təqdim olunduğu halda azyaşlılar da daxil olmaqla, bütün qrup üzrə bir qeydiyyat aparılmalı və viza rüsumu bir qəbzlə ödənilməlidir.

Təhlükəsizlik məqsədilə ərizəçilərə dostları, qohumları və ya tanışları tərəfindən müşayiət olunmağa icazə verilmir. Buna baxmayaraq, eşitmə qüsurlu şəxslərin/fiziki cəhətdən qüsuru olan şəxslərin/azyaşlıların bir ailə üzvü ilə müşayiət olunmasına icazə verilir.

Nəzərinizə çatdıraq ki, Vizametrik xidməti rüsumu Konsulluq rüsumu və digər xidmətlərlə yanaşı viza üçün sənədlərin qəbulundan sonra Viza mərkəzində ödənilməlidir. Əlavə məlumat üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.

Yeni qeydiyyat

Qeydiyyat haqqında məlumat
Qeydiyyatı ləğv etmək
Vaxtın dəyişdirilməsi