Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Səfirlikdən məlumat

XƏBƏRDARLIQ

2018/2019-cu akademik il üçün İtalyan Universitetlerinə qeydiyyatdan keçən tələbələr VISAMETRIC Viza Mərkəzinə (Bakı, R.Rza küçəsi n.75 – Winter Park Plaza – Mərtəbə 10) təcili olaraq “Təhsil Vizası” üçün müraciət etmələri xahiş olunur.

 

Əlavə məlumat üçün aşağıdakı linki nəzərdən keçirin:

http://visametric.az/document-requirements-for-student-visa/

 

2018-2019 tədris ili üçün İtaliya Universitetlərinə “pre-enrollment” qəbulu proseduru haqqında məlumat

İtaliyanın Azərbaycandakı Səfirliyi məlumat verir ki, Səfirlik İtaliyada təhsil vizasına müraciət etmək üçün lazımlı sənədlər siyahısında dəyişkilik edib: vizaya müraciət edən tələbələr İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş məbləğdə (illik 5.889 Avro) maliyyə vəsaitinə malik olmasına dair bank arayışı təqdim etməlidir. Tələbə bu maliyyə vəsaitini göstərmək üçün İtaliya banklarının birində və ya Yapikredi Azərbaycan bankında cari hesabı üzrə arayış təqdim etməlidir. Sözügedən vəsait ən azı viza sorğusuna cavab verilənədək həmin hesabda qalmalıdır. Və yaxud tələbə Azərbaycanda fəaliyyət göstərən istənilən bankdan son 6 (altı) ayın bank əməliyyatlarını özündə əks etdirən arayış təqdim etməlidir. Səfirlik bildirir ki, maliyyə vəsaitindən əlavə tələbənin İtaliyada təhsil almaqda şəxsi hazırlığını, eləcə də ümumi şəxsi və ailəvi vəziyyətini diqqətə alacaqdır.

İtaliyanın Bakıdakı Səfirliyi 2018-2019 tədris ili üçün İtaliya Universitetlərinə “pre-enrollment” proseduru başladığı haqqında məlumat verir.Avropa Birliyinə daxil olmayan ölkələrin beynəlxalq tələbələri üçün ərizəı formalarının İtaliya Səfirliyinə öz ölkələrində təqdim etmək vacibdir.

İtaliya Universitetlərinə müraciət etmək hüququna malik olomaq üçün ən azı 17 yaş həddi və 12 illik təhsil tələb olunur.

Azərbaycandakı tələbələrin ərizə formaları 11 aprel tarixindən başlayaraq 24 iyul 2018-ci il tarixinədək (Bazar Ertəsindən Cümə gününədək saat 14:00-dan 16:00-a dək) Vizametrik İtaliya Viza mərkəzində (Bakı,R.Rza 75,Winter Park Plaza 10-cu mərtəbə) qəbul olunacaq.Tələbələr sənədləri şəxsən təqdim etməlidirlər.

Ərizə formalarını Vizametrik italiya Viza Mərkəzinə təqdim etməzdən əvvəl Səfirlik tələbələrə ilk öncə tələblərinin ilkin qiymətləndirilməsi üçün müraciət etdikləri İtaliya Universitetləri ilə əlaqə saxlamağı tövsiyyə edir.

Aşağıda göstərilən universitet proqramlarında iştirak etmək üçün milli giriş testi tələb olunur.

  • Memarlıq
  • Tibb və Cərrahiyyə
  • Stomotologiya
  • Baytarlıq
  • Tibb Elmləri
  • Elmi biliklər

Son müraciət tarixi və vizaya müraciət üçün sənədlərin siyahısı ilə bağlı qısa müddət ərzində məlumat veriləcək.

QƏBUL İMTAHANLARI ÜÇÜN QEYDİYYAT PROSEDURLARI HAQQINDA MƏLUMATI AŞAĞIDAKI SAYTDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ:

Tələbələr sadəcə bir İtaliya Universitetinə və bir kursa müraciət edə bilərlər. Səfirlik tələbələrdən “pre-enrollment” proseduruna başlamaları üçün Universitetdən qəbul məktubu tələb etmir.

Proqramın dilinə uyğun olaraq İtalyan dilinin mükəmməlliyi ilə bağlı tələblər və ya İngilis dili sertifikatları “pre-enrollment”-ə müraciət ilə birlikdə təqdim olunmalıdır.

Vacib: Bakıdakı İtaliya Səfirliyi Azərbaycandakı heç bir tələbə agentliyini tanımır və onlarla heç bir əməkdaşlıq etmir.

“Pre-enrollment” üçün tələb olunan sənədlərin siyahısını əldə etmək məqsədilə aşağıdakı məlumatı oxumağınızı xahiş edirik.

BAKALAVR DƏRƏCƏSİ

  1. Doldurulmuş ərizə forması

İngilis dili kursları üçün aşağıdakı ərizə formasını yükləyin:

http://www.studiare-in-italia.it/studentistranieri/moduli/2018/FORM_A.pdf

İtalyan dili kursları üçün aşağıdakı ərizə formasını yükləyin:

http://www.studiare-in-italia.it/studentistranieri/moduli/2018/Modello_A.pdf

  1. Məktəbi bitirməklə bağlı sənəd: Attestat

Mərhələ 1. Sənədin əsli Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsi tərəfindən Apostillə qanuniləşdirilməlidir;

Mərhələ 2. Sənəd İtalyan dilinə tərcümə olunmalı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Apostillə leqallaşdırılmalıdır.

  1. Ali təhsil müəssisəsi tərəfindən verilən son ixtisas sənədi və ya minimum 1 illik təhsilin olduğunu təsdiqləyən Universitet arayış və transkript.

Mərhələ 1. Sənədin əsli Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsi tərəfindən Apostillə leqallaşdırılmalıdır;

Mərhələ 2. Sənəd İtalyan dilinə tərcümə olunmalı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Apostillə leqallaşdırılmalıdır.

  1. Pasportun və şəxsiyyət vəsiqəsinin surəti
  2. ¾ ölçüdə 2 ədəd fotoşəkil

QEYD: Tələb olunan bütün sənədlərin əsli və surəti təqdim olunmalıdır

MAGİSTR DƏRƏCƏSİ

1.Doldurulmuş ərizə forması

İngilis dilində keçirilən kurslar üçün ərizə formasını buradan yükləyin:

http://www.studiare-in-italia.it/studentistranieri/moduli/2018/FORM_A.pdf

İtaliyan dilində keçirilən kurslar üçün ərizə formasını buradan yükləyin:

http://www.studiare-in-italia.it/studentistranieri/moduli/2018/Modello_A.pdf

2.Yerli Universitetin diplom və transkripti.

Mərhələ 1. Sənədin əsli Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsi tərəfindən Apostillə leqallaşdırılmalıdır;

Mərhələ 2. Sənəd İtalyan dilinə tərcümə olunmalı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Apostillə leqallaşdırılmalıdır.

Qeyd:Azərbaycanda bakalvr dərəcəsini son ilində təhsil alan tələbələr 4 illik universitet təhsilini təsdiq edən arayış və ya diplom əvəzi arayış və transkript etməlidirlər.Hər ikin sənəd yuxarıda göstərildiyi kimi tərcümə olunmalı və leqallaşdırılmalıdır.

3.Attestat.

Qeyd:La Sapienza Roma Universitetində təhsil almaq üçün müraciət edən tələbələr attestatın əslini təqdim etməlidirlər.

Mərhələ 1. Sənədlərin əsli Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsi tərəfindən Apostillə leqallaşdırılmalıdır;

Mərhələ 2. Sənəd İtalyan dilinə tərcümə olunmalı və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Apostillə leqallaşdırılmalıdır.

Pasportun və şəxsiyyət vəsiqəsinin surəti

¾ ölçüdə 2 ədəd fotoşəkil

QEYD: Tələb olunan bütün sənədlərin əsli və surəti təqdim olunmalıdır