Foto-şəkil tələbləri

Ümumi tələblər

  • Şəkildə üz tam şəkildə görünməlidir;

  • Şəkil son 6 ay müddətində çəkilməlidir;

  • Şəkil rəngli, ağ fonda və çərçivəsiz olmalıdır;

Şəklin xüsusiyyətləri

  • Baş mərkəzdə olmaqla şəkil 30 mm x 40 mm yaxud 35 mm x 45 mm ölçüdə olmalıdır;

  • Üz şəklin 70-80%-ini əhatə etməlidir.

Şəklin görünüşü

Ərizəçi şəkli çəkilərkən birbaşa kameraya baxmalı və ön görünüşdən üzü tam şəkildə düşməlidir.

Eynək və üzün görünməsinə mane olan digər əşyalar tibbi səbəblərdən təyin olunmadığı halda qadağandır. 

Aydın olmayan, çox tünd, işıqlı, zidd, solğun şəkillər və elektronik şəkil redaktəedicilər vasitəsilə dəyişilmiş şəkillər qəbul olunmur. Şəkildə qulaqlar simmetrik şəkildə görünməlidir.

Sizdən xahiş olunur ki, yuxarıdakı göstərişlərə əməl edəsiniz.  Əgər təqdim olunan şəkillər bu tələblərə uyğun olmazsa, müraciət qəbul olunmur.