Tibbi səyahət sığortası

Viza alınması üçün, Şengen ərazisində etibarlı olan tibbi səyahət sığortası tələb olunur.

Ümumi sığorta məbləği minimum 30.000 avro dəyərindədir.
Bəzi hallarda sığorta daha yüksək məbləğdə tələb oluna bilər.

Beynəlxalq tibbi səyahət sığortasını birbaşa Vizametrik Azərbaycan viza mərkəzində əldə etmək olar:     

  • 5 dəqiqə ərzində səyahət sığortasının hazırlanmas;
  • 30.000 avrodan başlayaraq 100.000 avroyadək tibbi səyahət sığortası seçimi;
  • Uyğun xidmət haqqı;
  • Ekstrem idman həvəskarları üçün standard proqramlardan əlavə xüsusi proqram  seçimi;
  • Səyahət sığortasının ödənişi müqavilə bağlanan zaman Azərbaycan Mərkəzi Bankı məzənnəsinə uyğun manatla həyata keçirilir.

DİQQƏT!

Ofisdən kənar səyahət sığortasının hazırlanması zamanı, dələduzluqla qarşılaşmamaq üçün sığorta hazırlayan şirkətin sənədləri ilə tanış olmaq vacibdir.