Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Maliyyə zəmanətləri

İtaliya ərazisinə daxil olmaq və orada qalmaq üçün zəruri maliyyə vasitələri və məbləğ (Avro ilə)

İtaliyada planlaşdırılan qalma müddəti ərzində şəxsi maliyyə zəmanətlərinin təmin olunması məqsədi ilə aşağıdakı sənədlər təqdim olunmalıdır:

Xaricdə qüvvədə olan Kredit kartı (əsli və surəti) və ərizəçinin adı, soyadı, atasının adı və kart nömrəsi göstərilməklə (istənilən valyutada) bank hesabının vəziyyəti barədə Bankdan arayışın əsli (bir ay ərzində etibarlıdır).

Ərizəçinin adı və soyadı üzərində olan kredit kartı təqdim edildikdə, bankdan arayış əvəzinə bankomat qəbzi (üç gün ərzində etibarlıdır) kifayət edir;

VƏ YA
cari bank hesabında qalıq göstərilməklə BANKDAN ARAYIŞ və son 3 ay müddətində HESAB ÜZRƏ HƏRƏKƏT (hesabdan çıxarış)

VƏ YA
BANK ZƏMANƏTİNİN (fidejussione bancaria) əsli və surəti;

VƏ YA
Azərbaycanda üçüncü şəxs tərəfindən verilmiş və səfər tarixi qeyd olunan NOTARİAL QAYDADA TƏSDİQ OLUNMUŞ SPONSOR ARAYIŞI, həmçinin sponsor qismində çıxış edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti  və şəxsi maliyyə zəmanətləri.

«İki və daha artıq şəxslərdən hər biri üçün» sütunu multivizaya müraciət etmək üçün ETİBARLI DEYİL.

Səyahətin müddəti Bir nəfər ücün (Avro ilə) İki və daha artıq (Avro ilə)
1-5 gün: müəyyən olunmuş məbləğ 269,60 212,81
6-10 gün: bir nəfər ucün gündəlik 44,93 26,33
11-20 дней: müəyyən olunmuş məbləğ
+ bir nəfər ucün gündəlik
51,64
36,67
25,82
22,21
20 gün və daha artıq: müəyyən olunmuş məbləğ
+ bir nəfər ucün gündəlik
206,58
27,89
118,79
17,04

 

*Hesablama qaydası: 15 günlük səyahət ücün: 51,64 (müəyyən olunmuş məbləğ) + 36,67 * 15 = 601,69 avro.