İşgüzar viza üçün sənədlər — Visa Metric
Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

İşgüzar viza üçün sənədlər

Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsi və Hüquqi Şəxsin sənədlərindən (VÖEN, Nizamnamə, Reyestrdən Çıxarış) başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.

1. Anket və 1 ədəd şəkil
(3,5×4,5 sm ölçüdə arxa fon ağ olan şəkil), hər bir xana italyan və ingilis dillərində çap hərfləri ilə doldurulmalıdır. Ərizəçi ev ünvanını, ölkə kodu ilə birlikdə əlaqə nömrəsini göstərməlidir və anketdə 2 xananı imzalamalıdır.
Anketi ödənişsiz olaraq Vizametric İtaliya viza mərkəzindən əldə etmək yaxud bizim saytdan yükləmək olar.

2. Dəvət məktubu
İtalyan şirkətindən və ya italyan şirkətinin əcnəbi nümayəndəsindən, və ya İtaliyada yerləşən xarici şirkətdən və məktubu imzalayan ŞİRKƏTİN HÜQUQİ NÜMAYƏNDƏSİNİN, yəni dəvət edənin ŞƏXSİYYƏT VƏSİQƏSİNİN şəxsi məlumatlarının və imzasının olduğu səhifələrin SURƏTİ(Ticarət Palatasındakı kimi).Dəvət məktubunun əsli birbaşa olaraq dəvət olunan şəxsə və ya dəvət olunan şəxsin işlədiyi şirkətə göndərilməlidir.

Məktubda bunlar olmalıdır:
- dəvət olunanların adı və soyadı, nə ilə məşğul olduqları və işlədikləri azərbaycan şirkəti;
- səyahətin tarixi və müddəti, dəvətin etibarlılıq müddəti və ölkəyə giriş tarixi;
- İtaliyada hansı fəaliyyəti göstərəcəyi (məs: fabbriklərə səfər, şirkətdə ödənişsiz təcrübə, materialların sifarişi və s.)və hara səfər edəcəyini göstərməklə;
- qalma xərclərini öz üzərinə götürən fiziki şəxs və ya italyan müəssisəsi;
- şirkətin hüquqi nümayəndəsinin dəvəti şirkətin blankına yazılmalıdır, möhür vurulmalıdır, oxunaqlı və əhatəli olmalıdır(Ticarət Palatasındakı kimi);
- dəvətdə bu cümlələr qeyd olunmalıdır:”dəvət olunan və olunanlar immiqrasiya haqqında normativi pozduqda bizim Şirkət cinayət məsuliyyətini dərk edir (25.07.1998 Maddə 286, 12-ci bənd)”;
- ailə üzvləri üçün(ər, arvad və azyaşlı uşaqlar) qeyd olunmalıdır ki, onlar İtaliyaya turizm məqsədi ilə gedirlər;
-əlavədə ikitərəfli əlaqələri göstərən sənədlərin surəti, müqavilələrin surəti və sonuncu ödəmələrlə bağlı faktura-qaimələrin surəti(iş əlaqələri əvvəldən varsa);

3. Dəvət edən şirkətin İtaliya Ticarət Palatasında qeydiyyatı
yaxud İtaliya Ticarət Palatasında qeydiyyatla bağlı lizensiya(müddəti 6 aydan çox olmalı deyil).

4. Otelin rezervasiyası və ya dəvət edən şirkət göstərməlidir ki, qalacaq yerlə dəvət olunanı təmin edir
burada otelin ünvanı və telefon nömrəsi, qalma müddəti və viza almaq üçün müraciət edən bütün şəxslərin şəxsi məlumatları(soyadı və adı) qeyd olunmalıdır.

5. Məşğulliyyət:
• İş yerindən arayış, şirkətin blankında yazılmalıdır,şirkətin ünvanı, telefon nömrəsi və şirkətin qeydiyyatı haqqında məlumatlar,işçinin şəxsi məlumatları, arayışın tarixi, iş yeri, məvacibi (6 ay ərzindəki məvacibi göstərməklə) göstərilməlidir və arayışda qeyd olunmalıdır ki, İtaliyaya səyahət müddətində iş yeri və məvacibi saxlanılacaqdır. İş yerindən arayış sənədlər təqdim olunduğu vaxtdan bir ay əvvəl olmalı deyil.

• ŞİRKƏTİN QEYDİYYAT LİSENZİYASININ surəti şirkətin möhürü ilə birgə.

Fərdi sahibkarlar üçün:
• Qeydiyyat lisenziyasının əsli və surəti
YAXUD
• 6 ay müddətində Vergi Orqanlarına verilən hesabat(fərdi sahibkarlıqla bağlı normativə əsaslanaraq) haqqında arayış və ya sonuncu rübün hesabatı möhür v əya Vergi Orqanlarından verilən qəbzlə birlikdə
Fərdi sahibkarların işçiləri üçün:
• 6 aylıq məvacibi göstərməklə iş yerindən arayış, • Qeydiyyat Lisenziyasının surəti sahibkarın möhürü ilə.
Jurnalistlər, televiziya, radio və kino işçiləri üçün:
• Məşğul olduğu sahənin sənədini əlavədə göstərməklə iş yerindən arayış
• FREELANCE işləməyən jurnalistlər üçün: • viza üçün müraciət edənin jurnalist olduğunu sübut edən press vəsiqə; Məşğul olduğu sahənin sənədini əlavədə göstərməklə iş yerindən arayış
.
FOTOMODELLƏR/MODELLƏR/: • Moda agentliyindən dəvət məktubu; • Viza üçün müraciət edənin, həqiqətən də, moda ilə məşğul olduğunu göstərməklə azərbaycan moda agentliyindən arayış.

6. İtaliyada bütün qalma müddətini əhatə edəcək ŞƏXSİ MALİYYƏ ZƏMANƏTLƏRİ(Italiya Daxili İşlər Nazirliyinin 01.03.2000-ci il qərarına əsaslanaraq):
Xaricdə aktiv olan KREDİT KART (əsli və surəti), cari hesab(istənilən valyutada) haqqında BANKDAN ARAYIŞIN əslini (bir ay müddətində etibarlı) ərizəçi təqdim etməlidir. Arayışda kartın sahibinin ad və soyadı, kartın nömrəsi qeyd olunmalıdır.Əgər kredit kartının üzərində sahibinin adı və soyadı varsa, onda bankdan arayış əvəzinə bankomatdan qəbzi(3 gün müddətində etibarlıdır) təqdim edə bilər;

7. BEYNƏLXALQ TİBBİ SIĞORTA:
(əsli və surəti) sığorta Şengen ölkələrində etibarlı, bütün səyahət müddətini əhatə etməli və 15 günlük korridora malik olmalıdır. Tibbi sığortanın minium məbləği 30.000 avro olmalıdır.
Tibbi sığortanı Visametric İtaliya viza mərkəzindən də əldə etmək olar.

8. GEDİŞ-DÖNÜŞ BİLETLƏRİNİN REZERVASİYASI:
təyyarə ilə səyahətin dəqiq vaxtları(qatarla yaxud avtobusla)
YAXUD şəxs avtomobillə səyahət olunacaqsa, bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:
• avtomobilin texniki pasportunun əsli və surəti • avtomobilin icbari sığortasının əsli və surəti, • sürücülük vəsiqəsinin əsli və surəti, •əgər avtomobil kirayəyə götürülübsə, bu zaman kirayə müqaviləsinin əsli və surəti.

9. PASPORTLAR:
• Beynəlxalq passport və bütün doldurulmuş səhifələrin kopyası. Passport vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır və passportun verilmə tarixi 10 ildən gec olmamalıdır (Art. Visa Code 12). Passportda minimum 2 boş səhifə olmalıdır. Tarixi uzadılmış passportlar keçərli deyildir.
• Bütün digər passportlar: qüvvədə olan (bütün doldurulmuş səhifələrin surətiilə ) və müddəti bitmiş (bütün doldurulmuş səhifələrin surəti ilə)
• Şəxsiyyət vəsiqəsi və surəti

XƏBƏRDARLIQ:
Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsindən başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.
Yuxarıda sadalanan bütün sənədlər İtaliyanın Bakıdakı səfirliyinin tələb etdiyi minimal sənədlərdir. Düzgün sənədlərin təqdim olunması vizanın verilməsinə zəmanət vermir. Diplomatik nümayəndəlik əlavə sənədlər tələb etmək hüququna malikdir.