Idman vizası üçün lazım olan sənədlər — Visa Metric
Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Idman vizası üçün lazım olan sənədlər

Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsindən başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.
DİQQƏT! Ərizəçi azyaşlı olduğu halda müraciət anketini valideyni və ya qəyyumu imzalamalıdır.
1. Anket və 1 ədəd şəkil
(3,5×4,5 sm ölçüdə arxa fon ağ olan şəkil), hər bir xana italyan və ingilis dillərində çap hərfləri ilə doldurulmalıdır. Ərizəçi ev ünvanını, ölkə kodu ilə birlikdə əlaqə nömrəsini göstərməlidir və anketdə 2 xananı imzalamalıdır. Ərizəçi azyaşlı olduğu halda müraciət anketini valideyni və ya qəyyumu imzalamalıdır.
Anketi ödənişsiz olaraq Vizametric İtaliya viza mərkəzindən əldə etmək yaxud bizim saytdan yükləmək olar.
2.İTALİYA MİLLİ OLİMPİYA KOMİTƏSİ TƏRƏFİNDƏN RƏSMİ DƏVƏT (C.O.N.İ)
Dəvətdə ərizəçinin yarışda iştirakı və müvafiq viza istəyi təsdiqlənməli,idman tədbirinin adı, müddəti, iştirak edən idman təşkilatının və ya komandasının adı ,həmçinin komanda iştirakcilarinin statusu və fərdi məlumatlarının siyahısı göstərilməlidir.
3.AZƏRBAYCAN İDMAN FEDERASİYASI TƏRƏFİNDƏN MƏKTUB
4. Yaşayış yerini təsdiqləyən sənəd (Əgər dəvətdə qeyd olunmayıbsa)
5. İtaliyada bütün qalma müddətini əhatə edəcək ŞƏXSİ MALİYYƏ ZƏMANƏTLƏRİ:
Xaricdə aktiv olan KREDİT KART (əsli və surəti),vizaya müraciət edən şəxsin cari hesabı (istənilən valyutada)haqqda BANKDAN ARAYIŞIN əsli (bir ay müddətində etibarlı) Arayışda kartın sahibinin ad və soyadı, kartın nömrəsi qeyd olunmalıdır.Əgər kredit kartının üzərində sahibinin adı və soyadı varsa, onda bankdan arayış əvəzinə bankomatdan qəbzi(3 gün müddətində etibarlıdır) təqdim edə bilər;
6. BEYNƏLXALQ TİBBİ SIĞORTA:
(əsli və surəti) Şengen zonasında keçərli olmalıdır. Tibbi sığorta İtaliyada səfər müddətini əhatə etməlidir və + 15 gün koridor olmalıdır. Sığortanın minimal məbləği 30,000 avro olmalıdır.
Tibbi sığortanı Visametric İtaliya viza mərkəzindən də əldə etmək olar.
7. GEDİŞ-DÖNÜŞ BİLETLƏRİNİN REZERVASİYASI:
təyyarə ilə səyahətin dəqiq vaxtları(qatarla yaxud avtobusla)
YAXUD şəxs avtomobillə səyahət edəcəksə, bu zaman aşağıdakı sənədlər təqdim olunmalıdır:
• avtomobilin texniki pasportunun əsli və surəti
• avtomobilin icbari sığortasının əsli və surəti,
• sürücülük vəsiqəsinin əsli və surəti,
•əgər avtomobil kirayəyə götürülübsə, bu zaman kirayə müqaviləsinin əsli və surəti.
8. PASPORTLAR:
• Beynəlxalq passport və bütün doldurulmuş səhifələrin kopyası. Passport vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır və passportun verilmə tarixi 10 ildən gec olmamalıdır (Art. Visa Code 12). Passportda minimum 2 boş səhifə olmalıdır. Tarixi uzadılmış passportlar keçərli deyildir.
• Bütün digər passportlar: qüvvədə olan (bütün doldurulmuş səhifələrin surətiilə ) və müddəti bitmiş (bütün doldurulmuş səhifələrin surəti ilə)
• Şəxsiyyət vəsiqəsi və surəti
XƏBƏRDARLIQ:
Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsindən başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.
Yuxarıda sadalanan bütün sənədlər İtaliyanın Bakıdakı səfirliyinin tələb etdiyi minimal sənədlərdir. Düzgün sənədlərin təqdim olunması vizanın verilməsinə zəmanət vermir. Diplomatik nümayəndəlik əlavə sənədlər tələb etmək hüququna malikdir