Əlavə xidmətlər — Visa Metric
Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Əlavə xidmətlər

Hörmətli müştərilər, sizin rahatlığınız üçün əlavə xidmətlər təqdim etməkdən məmnunluq duyuruq.

İtaliya Viza Mərkəzində sığortalanma

Viza Mərkəzində səyahət üçün tələb olunan tibbi səyahət sığortasını əldə edə bilərsiniz.

  • Səyahət sığortasının hazırlanması 5 dəqiqədən çox olmayaraq
  • 30000 € – dan 100000 € məbləği aralığında sığortalanma imkanı
  • Standart proqramlarla yanaşı ekstremal idman növlərilə məşğul olanlar üçün xüsusi sığorta proqramları
  • Sığortanın ödənişi müqavilənin bağlandığı zaman Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin andakı valyuta məzənnəsinə əsasən manatla aparılır. (seçilmiş sığorta proqramından asılı olaraq)

Sənədlərin surəti
Sənədlərin surətinin ödənişi bir səhifə üçün 0,40 AZN təşkil edir.

Sənədlərin çapı
Sənədlərin çapının ödənişi bir səhifə üçün 1,50 AZN təşkil edir.
(o cümlədən öncədən doldurulmuş ərizə formasının çapı)
Diqqətinizə çatdırırıq ki, elektron cihazlardan sənədlərin çapı, xidmətlər siyahısına daxil deyildir.
Çap üçün nəzərdə tutulan sənədləri info@visametric.az elektron ünvanına göndərə bilərsiniz.

SMS xidməti
Pasportlar Konsulluqdan Viza Mərkəzinə daxil olan kimi, siz sms vasitəsilə məlumatlandırılacaqsınız.
SMS xidmətinin ödənişi 2 AZN təşkil edir.

-VizaMetrik ofisində ərizə formasının doldurulması və çapı
VizaMetrikin əməkdaşı sizin tərəfinizdən təqdim olunan sənədlərə əsasən sizin üçün ərizə formasını doldurur və çap edir.
Ərizə formasının doldurulması xidmətinin ödənişi 25 AZN təşkil edir (4 səhifə)

Çatdırılma Xidməti
Sizin tərəfinizdən təqdim olunan ünvana pasportun çatdırılma xidmətini sifariş edə bilərsiniz.
Ödəniş müqavilə bağlanan zaman çatdırılma şirkətinin tarifinə uyğun olaraq aparılır.

Foto xidməti
Foto xidmətinin ödənişi 8 AZN təşkil edir.

Tərcümə xidməti
Tərcümə xidmətinin ödənişi 20 AZN təşkil edir.