Cavabdehlik məhdudiyyəti və Məxfilik Siyasəti

Xidmət şərtləri 

Əhatə dairəsi 

VisaMetric Azərbaycan MMC  (bundan sonra “Vizametrik” adlandırılacaq) Konsulluq İdarəsi (bundan sonra “Diplomatik Nümayəndəlik” adlandırılacaq) üçün viza müraciətlərinin qəbulunun və baxılmasının zəruri tərəfləri (bundan sonra “Viza müaciətləri Xidmətləri” adlandırılacaq) ilə bağlı dəstək xidmətləri göstərir. Vizametrik Bakıdakı İtaliya Səfirliyi tərəfindən təyin olunan yeganə ticari şirkətdir. 

Vizametrik şirkəti Azərbaycan Respublikasının ərazisində müvafiq Diplomatik Nümayəndəliyin/lərin məlumat prosessoru və nəzarətçisi kimi fəaliyyət göstərir. Bu məxfilik siyasəti Azərbaycan Respublikasındakı Vizametrikin viza müraciəti proseduru və Diplomatik Nümayəndəliyə bu kimi məlumatların verilməsi ilə əlaqəli şəxsi məlumatları necə toplaması, istifadə etməsi, açıqlaması və idarə etməsi ilə bağlı qısa məlumat verir. 

Şəxsi məlumatların toplanması, istifadəsi, açıqlanması məqsədi 

Ərizəçilərdən ad, şəkil, ünvan, doğum tarixi, telefon nömrəsi, pasport məlumatı, doğum haqqında şəhadətnamə, şəxsi gəlir, vətəndaşlıq statusu, ailə vəziyyəti və məşğulluq detalları (bundan sonra Şəxsi məlumat kimi adlandırılacaq) kimi dəqiq məlumatlar təqdim etməsi tələb oluna bilər. Bu məlumatlar müvafiq Diplomatik Nümayəndəliyin tələblərinə əsasən əldə olunur. 

Belə şəxsi məlumatlar viza müarciətləri prosedurunu asanlaşdırmaq üçün aşağıdakı məqsədlərlə toplana, istifadə oluna və açıqlana bilər: 

  • Müxtəlif viza növləri üçün qəbul olunan müraciət və səyahət sənədləri üzərində işləmək;
  • Viza müraciəti prosesi üzrə müxtəlif sorğuları cavablandırmaq;
  • Müraciətlərin müvafiq vəziyyəti ilə bağlı müxtəlif sorğuları cavablandırmaq. 

Şəxsi məlumatların təqdim olunması könüllü xarakter daşıyır. Nəzərə alın ki, şəxsi məlumatın təqdim olunmaması Azərbaycan Respublikasındakı Vizametrikin tələb olunan xidmətləri göstərməsini məhdudlaşdıra və ya səlahiyyətinə təsir edə bilər. 

Müvafiq Diplomatik Nümayəndəliyin göstərişinə əsasən, Vizametrik viza müraciəti proseduru və Vizametrik vasitəsilə təqdim olunan viza müraciətlərinin vəziyyəti ilə bağlı sorğuların qəbulu və baxılması üçün çağrı mərkəzi, onlayn izləmə və elektron poçt ünvanı kimi müxtəlif imkanlar təmin edir. 

Vizametrik vasitəsilə təqdim olunan viza müraciətlərinin vəziyyəti ilə bağlı sorğu aparan istifadəçilər viza müraciətinin vəziyyətinin yenilənmiş məlumatını əldə etmək üçün müqavilə nömrəsi və doğum tarixini göstərə bilər.

Viza prosesi ilə bağlı sorğu aparan ərizəçilər Vizametrik ilə elektron poçt vasitəsilə əlaqə saxlayarkən pasport nömrəsini və ya digər şəxsi məlumatları soruşmamalı və ya açıqlamamalıdırlar. Bunun əvəzinə ərizəçinin müqavilə nömrəsindən istifadəsi daha məqsədəuyğundur. Ərizəçi hər hansı bir şəxsi məlumatı ifşa edərsə, yaranacaq mənfi hallardan Vizametrik deyil, ərizəçi şəxsən özü məsuliyyət daşıyır. Vizametrik ərizəçinin təqdim etdiyi məlumatın qanuniliyi və ya dəqiqliyini doğrulamaq üçün məsuliyyət daşımır. Vizametrikə verilən məlumatların dəqiq, tam və yeni olduğunu təmin etmək ərizəçinin öz öhdəsinə düşür.

Qeyd etmək lazımdır ki, vizanın verilməsi və ya vizadan imtina edilməsi yalnız Diplomatik Nümayəndəliyin qərarı ilə həyata keçirilir; yəni, vizanın verilməsi və ya vizadan imtina edilməsi tam şəkildə müvafiq Diplomatik Nümayəndəliyin qərarından asılıdır.
Vizametrik viza prosedurunun gecikdirilməsi, habelə viza verilməsi və ya əlavə sənədlər tələb etmək, viza verməkdən imtina etmək hüququ olan müvafiq Diplomatik Nümayəndəlik tərəfindən rədd edilmiş viza üçün müraciətlərlə bağlı məsuliyyət daşımır.

Şəxsi məlumatların açıqlanması

Vizametrik ərizəçilərin şəxsi məlumatlarını paylaşmır. Şəxsi məlumatlar yalnız Viza Müraciəti Xidmətlərini təmin etmək üçün istifadə olunacaq.

Buna baxmayaraq, Vizametrikdən məhkəmə qərarı və ya digər hüquqi, qanunvericilik və ya tənzimləmə prosesi ilə əlaqədar olaraq şəxsi məlumatın açıqlanması və ötürülməsi tələb oluna bilər.

Xidmət təminatçılarının qaydaları

Vizametrik şəxsi məlumatları çatdırılma və SMS kimi xidmətlər göstərən üçüncü tərəfə təqdim edə bilər. Bu kimi xidmətlər göstərən üçüncü tərəf bu məlumatları yalnız müəyyən funksiyaları yerinə yetirmək üçün lazım olan dərəcədə əldə edə bilər və şəxsi məlumatı istənilən məqsədlər üçün istifadə etməyə və ya açıqlamağa icazə verilmir. Vizametrik ərizəçilərin adı və soyadı, ünvanı və telefon nömrəsi haqqında ekspress çatdırılma xidmətləri göstərən üçüncü tərəfə məlumat verə bilər. Bu məlumatlar SMS xidməti təminatçılarına təqdim olunmur. Bütün üçüncü tərəf xidmət təminatçıları Vizametrik tərəfindən təyin edilmiş və tətbiq olunan qanun və qaydalara uyğun olaraq, təhlükəsizlik və məxfilik qaydalarına riayət etməklə qanuni olaraq bağlıdırlar.

Qısa mesaj xidmətində cavabdehlik məhdudiyyəti

Qısa mesaj xidməti müraciətlərinin vəziyyətini öyrənmək istəyən ərizəçilər üçün tətbiq edilir.

SMS çatdırılması müddəti mobil şəbəkə trafiki kimi bir neçə faktordan asılıdır; ərizəçinin mobil telefonu işlək vəziyyətdədir və əhatə dairəsindədir; ərizəçinin telefonu söndürülüb və yaxud 24 saat ərzində əhatə dairəsində olmayıb; telefonun yaddaşı doludur (əsasən köhnə telefonlara aid edilir); abonent spam filtrinin funksiyalarından hər hansı birini aktivləşdiribsə.

Nəticə etibarilə, Vizametrik şəbəkə operatoru tərəfindən SMS çatdırılmasına maksimum vaxtı təyin etmək iqtidarında deyil. 

Anket doldurulması xidmətində məhdudiyyətli cavabdehlik 

Anket doldurulması xidməti ərizəçilər üçün əlavə ödənişlidir. Vizametrik əməkdaşları anketə ərizəçilər tərəfindən təqdim olunan məlumatları qeyd edirlər. Vizametrikə təqdim olunan məlumatların dəqiq, tam və yenilənmiş olması ərizəçilərin öhdəliyindədir. Əməkdaşlar ərizəçilər tərəfindən təqdim olunan məlumatları ərizə formasında qeyd edir və ərizəçilər tərəfindən verilən məlumatların dəqiq olmasına görə məsuliyyət daşımır. Vizametrik yalnız müvafiq Diplomatik Nümayəndəliyin səlahiyyətində olan vizanın verilməsi ilə bağlı qərar qəbulunda iştirak etmir. 

Cookies fayllar 

Cookies fayllar istifadəçi Vizametrik saytına daxil olduqda kompüterdə və yaxud internetə çıxışı olan digər qurğularda saxlanılan məlumatlardır. Vizametrik cookies  fayllardan saytın istifadəsinin daha rahat olması üçün istifadə edir. Vizametrik istifadəçini şəxsən cookies faylların təmin etdiyi məlumatlardandan müəyyən edə bilməz. 

Vizametrik saytı yalnız cookie faylların vasitəsilə mümkün olan müəyyən xüsusiyyətlər təklif edir.

 Cookies faylların çoxu seans-bazlıdır, yəni,  sessiyanın  sonunda avtomatik olaraq istifadəçinin sabit diskindən silinir (məsələn, istifadəçi saytdan çıxdığı halda). Buna baxmayaraq,  “daimi” fayllar  saytdan çox istifadə zamanı yaddaşda saxlanılır.İstifadəçi Vizametrik saytına giriş icazəsi aldıqdan sonra ona Vizametrik cookies fayllarından istifadəsinə razılıq verməsi təklif olunur. Əgər istifadəçi cookies faylların istifadəsinə razılıq vermirsə o Vizametrik saytına daxil olmamalıdır. Əgər cookies fayllar bağlıdırsa, bu saytın istifadəsini çətinləşdirə bilər. Şəxsi məlumatların saxlanılması və silinməsi Ərizəçilər təfəindən qəbul olunan sənədlər toplusunun Vizametrik tərəfindən surəti çıxarıla və saxlanıla bilməz. Müvafiq Konsulluq Idarəsi tərəfindən başqa hal nəzərdə tutulmadıqda, şəxsi məlumatları ehtiva edən digər sənədlər, möhürlü nüsxələr, formalar və ya digər qeydlər pasport ərizəçiyə qaytarıldıqdan dərhal sonra təhlükəsiz parçalanma yolu  ilə məhv edilməlidir.

Vizametrik şəxsi məlumatların saxlanılması üçün istifadə edilən istənilən avadanlıq və cihazdan şəxsi məlumatların təhlükəsiz silinməsini həyata keçirir.

Şəxsi məlumatları saxlamaq üçün istifadə edilən avadanlıq və qurğulardan (məsələn, fayl çəkməcələri, kompüterlər, disketlər, audio kasetlər) məlumatlar silinərkən  Vizametrik  hər hansı saxlanılan şəxsi məlumatlara üçüncü şəxsin girişinin qarşısını almaq və tamamilə silinməsini təmin etmək üçün bütün lazımi tədbirləri görür. 

Şəxsi məlumatları açıqlanması ilə bağlı hüquqi öhdəliklər 

Vizametrik və digər üçüncü şəxs xidmət təminatçıları istintaq orqanının tələbi ilə və ya tətbiq olunan qanunla nəzərdə tutulmuş hallarda, qanun pozuntusu faktına əsaslanan axtarış qərarına və yaxud hər hansı bir qanuni məcburi tələbə cavab olaraq şəxsi məlumatları verə bilər. Vizametrik şəxsi məlumatları hüquqi tələblərin yaradılması, tətbiqi, qorunması zamanı və yaxud da AB hüquq və qanunlarına və mövcud qanunvericiliyə uyğun olduqda açıqlaya bilər. 

Məxfilik siyasətində dəyişikliklər 

Vizametrik istənilən vaxt “Xidmət Şərtlərində” əlavə və ya dəyişiklik etmək hüququna malikdir, bununla bağlı yenilənmış məlumat əldə etmək üçün  ərizəçilərin Vizametrik  saytına müraciət etməsi tövsiyə olunur.