Biometriya

24 iyun 2015-ci il tarixindən etibarən Şengen vizası üçün müraciət edən ərizəçilər mütləq şəkildə barmaq izinin götürülməsi prosesindən keçməlidirlər. Bununla əlaqədar olaraq, hər bir ərizəçi öz biometrik məlumatlarını təqdim etmək üçün sənədlərinin qəbulunda şəxsən iştirak etməlidir.

Biometrik məlumatlar diplomatik nümayəndəliklərin və ya şengen müqaviləsinin üzv ölkələrinin viza mərkəzlərinin birində 5 ildə bir dəfə götürüləcək.

Barmaq izinin götürülməsi öhdəliyindən aşağıdakı kateqoriyaya daxil olan şəxslər azad olunur:

  1. 12 yaşdan aşağı uşaqlar;

  2. Fiziki olaraq barmaq izi götürülməsi mümkün olmayan şəxslər;

  3. Dövlət başçıları və vəzifəli şəxslər (həmçinin, rəsmi nümayəndəliklərin üzvləri və ər/arvadı), əgər onlar üzv ölkələrin hökumətləri və ya beynəlxalq təşkilatların dəvəti ilə rəsmi səfərə gedirlərsə;

  4. Monarxlar və onların ailə üzvləri, əgər onlar üzv ölkələrin hökumətləri və ya beynəlxalq təşkilatların dəvəti ilə rəsmi səfərə gedirlərsə. 

Öncədən verilmiş şengen vizası bitmə tarixinə kimi qüvvədə qalacaq.

Nəzərə alın ki, İtaliya Konsulluğu son 5 ildə istənilən Şengen üzvü ölkələrinin nümayəndəliklərində barmaq izinin götürülməsinə baxmayaraq,ərizəçilərdən yenidən bu proseduru keçmələrini tələb edə bilər.