Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Azyaşlı vətəndaşlar

18 yaşdan aşağı azyaşlılar(ümumvətəndaş pasportuna malikdirlərsə yaxud valideynlərinin pasportunda qeyd olunubsa) aşağıdakı sənədləri təqdim etməlidirlər:
• doldurulmuş və hər iki valideyn tərəfindən imzalanmış anket;
• valideynin və azyaşlının(ümumvətəndaş pasportuna malik deyilsə) ümumvətəndaş pasportunun surəti
• azyaşlının doğum haqqında şəhadətnaməsinin əsli və surəti. Azyaşlının valideynlərinin soyadları doğum haqqında şəhadətnamədəki kimi deyilsə, bu zaman soyadın dəyişməsini təsdiq edən sənədi təqdim etmək lazımdır;
• azyaşlı valideynlərdən biri ilə və yaxud başqa şəxslə səyahət edirsə, bu zaman azyaşlı ilə səyahət etməyən valideyndən yaxud hər iki valideyndən notarial qaydada təsdiqlənmiş razılığın alınması;
• azyaşlının səyahətinə razılıq verən valideynin şəxsiyyət vəsiqəsinin surəti;
• azyaşlı ümumvətəndaş pasportuna malik olduqda və uzunmüddətli vizaya müraciət etdikdə,  hər iki valideyn notarial qaydada təsdiq olunmuş icazə ərizəsi təqdim etməlidir.
• valideynlərdən biri ölübsə yaxud valideynlik hüququndan məhrum edilibsə, bu zaman həmin sənədin notarial qaydada təsdiq olunmuş surətini təqdim etməlidir;
• Azyaşlının doğum haqqında şəhadətnaməsində atasının adı anasının təqdimatına əsasən qeyd olunubsa, onda qeydiyyat idarəsi tərəfindən verilən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti(nümunə 25) təqdim olunmalıdır;
• Azyaşlı artıq Şengen vizası olan biri ilə səyahət etdikdə həmin şəxsin ümumvətəndaş pasportunun şəxsi məlumatlar və viza olan səhifənin surəti təqdim olunmalıdır, bu zaman vizanın müddəti azyaşlının vizasının müddəti ilə eyni yaxud da ondan çox olmalıdır.