Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

AİLƏ BİRLİYİ

XARİCİ VƏTƏNDAŞLA AİLƏ BİRLİYİ
Ərizəçi ’’ məşğulluq və ailə birliyi’’ kimi viza növlərinə müraciət etdikdə səfirlikdə təsdiqlənməsi üçün öncədən xarici pasportun ilk səhifəsinin sürətini bizim elektron ünvanina(info@visametric.az) və yaxud da faksla(+994125054350) göndərilməlidir.
Və yalnız təsdiqdən sonra ərizəçi İtaliya viza mərkəzinə sənədləri təqdim etmək üçün bizim çağrı mərkəzinə(+994125054350)zəng edərək qeydiyyatdan keçə bilər.
Bu növ viza ailə ilə yaşayan elecə də sığınacaq məqsədilə müvəqqəti yaşayış icazəsi olan, ən azi 1 il müddətinə qüvvədə olan dini səbəblərə görə,təhsil,sahibkarlıq fəaliyyət,i iş üçün yaşayış icazəsi yaxud vizası olan vətəndaşların ailə ilə birləşməsi üçün verilir.
Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsindən başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.
Tərcümədə göstərilmiş ad və soyad xarici pasportda qeyd olunan ad və soyadla uyğun olmalıdır.
DİQQƏT.Azyaşlılar üçün lazım olan sənədlərin əlavə sənədlər ‘’Azyaşlı vətəndaşlar’’ bölməsində qeyd olunmalıdır.
1. Anket və 1 ədəd şəkil
(3,5×4,5 sm ölçüdə arxa fon ağ olan şəkil), hər bir xana italyan və ingilis dillərində çap hərfləri ilə doldurulmalıdır. Ərizəçi ev ünvanını, ölkə kodu ilə birlikdə əlaqə nömrəsini göstərməlidir və anketdə 2 xananı imzalamalıdır.
Anketi ödənişsiz olaraq Vizametric İtaliya viza mərkəzindən əldə etmək yaxud bizim saytdan yükləmək olar.
2. İCAZƏ(NULLA OSTA)
Səlahiyyətli Prefektura İmmiqrasiya İdarəsi tərəfindən verilən və verilmə tarixindən etibarən 6 ay müddətinə qüvvədə olan icazə kağızı.
3.NİGAH HAQQINDA ŞƏHADƏTNAMƏ ,AİLƏ VƏZİYYƏTİ VƏ QOHUMLUQ ƏLAQƏRİNİ SÜBUT EDƏN SƏNƏD.
Ölüm haqqında kağiz və doğum şəhadətnaməsi istisna olmaqla, bütün sənədlər yenidən rəsmiləşdiyi tarixdən etibarən 6 ay müddətinə qüvvədə olmalıdır.
PASPORTLAR:
Passportlar
• Beynəlxalq passport və bütün doldurulmuş səhifələrin surəti. Passport vizanın bitmə tarixindən sonra 3 ay müddətində qüvvədə olmalıdır və passportun verilmə tarixi 10 ildən gec olmamalıdır (Art. Visa Code 12). Passportda minimum 2 boş səhifə olmalıdır. Tarixi uzadılmış passportlar keçərli deyildir.
• Bütün digər passportlar: qüvvədə olan (bütün doldurulmuş səhifələrin surətiilə ) və müddəti bitmiş (bütün doldurulmuş səhifələrin surəti ilə)
• Şəxsiyyət vəsiqəsi və surəti
XƏBƏRDARLIQ:
Azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsindən başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır.

Yuxarıda sadalanan bütün sənədlər İtaliyanın Bakıdakı səfirliyinin tələb etdiyi minimal sənədlərdir. Düzgün sənədlərin təqdim olunması vizanın verilməsinə zəmanət vermir. Diplomatik nümayəndəlik əlavə sənədlər tələb etmək hüququna malikdir.