Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
Rasul Rza, 75
Telefon:
+994125998811

Tez-tez verilən suallar

1. Sənədləri nə qədər öncədən təqdim etmək lazımdır?

Sənədlər, səfər tarixinə ən tezi 90, ən geci isə 10 təqvim günü qalmış təqdim olunmalıdır (“Təhsil”, “Ailə Birliyi” və “İşçi” vizaları üçün isə – ən azı 30 təqvim günü qalmış müraciət olunmalıdır). Nəzərə alın ki, sənədlər konsulluq şöbəsinə növbəti iş günü göndərilir.
2. Pasportun etibarlılıq müddəti nə qədər olmalıdır?

Pasportun etibarlılıq müddəti müraciət edilən Şengen vizasının son bitmə tarixindən sonra ən azı 90 gün etibarlı olmalıdır.
3. Əgər mən, bir-neçə Şengen ölkəsinə ardıcıl olaraq səyahət etməyi planlaşdırıramsa, hansı ölkənin konsulluq şöbəsinə müraciət etməliyəm?

Səyahət müddətində gün etibarilə daha çox qalacağınız ölkənin konsulluq şöbəsinə və ya konsulluq işlərini icra edən müvafiq quruma müraciət etməlisiniz. Əgər iki Şengen ölkəsinə səyahət etməyi düşünürsünüzsə, o zaman ilk giriş edəcəyiniz Şengen ölkəsinin konsulluq şöbəsinə sənədlərinizi təqdim edə bilərsiniz.
4. Əgər mənim etibarlılıq müddəti bitməmiş vizam varsa, lakin pasportumda boş səhifə bitibsə və ya pasportum müəyyən səbəbə görə dəyişilməlidirsə, səyahət etmək üçün mən nə etməliyəm?

Belə olduqda, Siz yeni pasport aldıqdan sonra köhnə pasportunuzdakı etibarlılıq müddəti bitməmiş viza və yeni pasportunuzla səyahət edə bilərsiniz.
5. Vizanın etibarlılıq müddəti bitibsə, mən İtaliyada və ya üzv ölkədə səyahətimi davam etdirə bilərəm?

Xeyr, vizada göstərilən etibarlılıq tarixi Sizin Şengen ərazisini tərk etməli oldüğunuz son tarixdir.
6. Müvəqqəti yaşayış icazəsi (permesso di soggiorno) nədir?

Müvəqqəti yaşayış icazəsi, xarici vətəndaşın müraciəti əsasında İtaliya Migrasiya İdarəsi tərəfindən verilmiş və İtaliya ərazisində rəsmi yaşamağa icazə verən müvafiq sənəddir.
7. Şengen ərazisinə hansı ölkələr daxildir?
Şengen ərazisinə daxil olan ölkələr: Avstriya, Belçika, Çexiya Respublikası, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və İsveçrə.
8. Anket 2 yoxsa 4 səhifədə çap edilməlidir?
Siz onu hər iki formada çap edə bilərsiniz. Əgər Siz kağızın hər iki tərəfində çap edirsinizsə, 2 səhifə və ya A4 formatlı kağızın 1 hissəsində çap edirsinizsə, 4 səhifə olacaq. “Anketlər” bölməsinə daxil olaraq anketi yükləyə bilərsiniz.
9. Əgər mən azyaşlı üçün müraciət edirəmsə, onu özümlə gətirmək tələb olunurmu?

Xeyr, bir valideyn tərəfindən notarial təsdiqli səyahət icazə ərizəsi olduğu təqdirdə, digər valideyn azyaşlını gətirmədən sənədləri taqdim edə bilər.
10. Əgər mənə vizaya imtina verilibsə, mən Konsulluq və xidmət rüsumunu geri ala bilərəm?
Xeyr, Konsulluq və xidmət rüsumu heç bir halda geri qaytarılmır.
11. Mən Viza mərkəzində Konsulluq haqqlarını ödəmək üçün hansı valyutadan istifadə etməliyəm?
Siz ödənişləri yalnız Manatla həyata keçirməlisiniz.