Italiya
Viza
Mərkəzi.
Baku
Bakı ş.,
M. Lermontov,39
Telefon:
+994125054350

Ana səhifə

VİZAMETRİK İtaliya Viza Mərkəzinin saytına xoş gəlmişsiniz!

Əziz müştərilər, 29 iyul 2014 tarixindən etibarən İtaliya, Malta və San Marinoya viza almaq üçün sənədlərin qəbulu M.Lermontov küçəsi 39 ünvanında yerləşən Visametric İtaliya Viza Mərkəzində həyata keçirilir.

VACİB MƏLUMAT: 23.06.2015 ci İL TARİXİNDƏN ETİBARƏN VİZAYA MÜRACİƏT EDƏN ŞƏXSLƏRİN BARMAQ İZİ GÖTÜRÜLÜR

Yalnız vizaya müraciət edən şəxslər VİZAMETRİK İtaliya Viza mərkəzinə daxil ola bilərlər

Diqqət! 24 İyun 2015 tarixindən etibarən Bakı şəhərində VisaMetric VIP Premium Lounge ofisi fəaliyyət göstərir. Xidmətlərin tam siyahısıyla bizim saytda və ya vip@visametric.az e-mail ünvanına yazaraq tanış ola bilərsiniz.

Visametric İtaliya Viza Mərkəzi – İtaliya Səfirliyi tərəfindən təsdiqlənmiş yeganə şirkətdir ki, viza alınması üçün müvafiq sənədlərin qəbulunu həyata keçirdir.
Bu saytda Siz İtaliya, Malta və San Marinoya müvafiq vizanın alınması üçün zəruri olan sənədlərin siyahısı ilə tanış ola bilərsiniz.
Visametric İtaliya Viza Mərkəzində anketlərin doldurulması ilə əlaqədar məsələlərdə Sizə ödənişsiz olaraq məsləhətlər veriləcək. Əlavə ödəniş müqabilində isə siz pasportların kuryer tərəfindən çatdırılması, standart sənədlərin tərcüməsi və səyahət sığortası sifariş edə bilərsiniz.

Bütün ödənişlər sənədlərinizin təsdiqi zamanı birbaşa Visametric İtaliya Viza Mərkəzində həyata keçirilir. Ödənişlər həmçinin debet və kredit kartlar ilə aparıla bilər.

Visametric İtaliya Viza Mərkəzi yalnız turizm, işgüzar səfər, təhsil, ailə ilə bağlı, muzdlu əmək, şou-proqramlarda muzdlu işçi, şou-proqramlarda fərdi iş, fərdi sahibkarlıq fəaliyyəti, yenidən giriş, tranzit, nəqliyyat daşımaları, rəsmi dəvət tipli və digər vizaların alınması üçün ərizələri qəbul edir.

Visametric İtaliya Viza Mərkəzində sənədlərin qəbulu yalnız əvvəlcədən qeydiyyat üzrə aparılır. Qeydiyyatı saytın «Sənədlərin verilməsinə qeydiyyat» bölməsində ərizəni doldurmaqla və ya (+994 12)5054350) (B.e-C 08:30 dan 18:30-a qədər) nömrəli telefonlara, Visametric çağrı mərkəzinə zəng etməklə həyata keçirmək olar.

DİQQƏT! Bütün ərizəçilər viza almaq üçün sənədləri Visametric İtaliya Viza Mərkəzinə şəxsən təqdim etməlidir.

Visametric İtaliya Viza Mərkəzinin iş vaxtı:
Sənədlərin qəbulu: B.e-C 8:30 dan 15:30 –a qədər, fasiləsiz
Pasportların təhvili: B.e-C 8:30 dan 17:30-a qədər, fasiləsiz və əvvəlcədən qeydiyyat olmadan
Visametric İtaliya Viza Mərkəzinin xidmət haqqı hər ərizəçi üçün 21 Avro təşkil edir. Ödənişlər VisaMetric Viza mərkəzinin daxilində yerləşən kassalarda manatla aparılır.
Yalnız Azərbaycan vətəndaşları və Azərbaycanda qanuni yaşamaq icazəsi olan xarici vətəndaşlar viza almaq üçün sənədlərini Visametric İtaliya Viza Mərkəzinə təqdim edə bilərlər.

İtaliyanın Azərbaycandakı Səfirliyinin tələblərinə uyğun olaraq, Visametric İtaliya Viza Mərkəzi, səyahətin başlamasına 3 iş günündən az müddət qalan (sənədin verilmə günü istisna olmaqla) sənədləri qəbul etmək iqtidarında deyil.

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ:

2016-2017-ci akademik ili üçün İtaliya Universitetlərinə «öncədən yazılma» (“pre-enrollment”) haqqında məlumat əldə etmək üçün «Səfirlikdən məlumat» bölməsinə daxil olun